26 İyul 2022 17:45
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini Quteyis Ağayeva aparıcı Azər Zahidin “TikTok” sosial şəbəkə platformasında canlı yayıma qonaq olub.

Teleqraf.com xəbər verir ki, “TikTok”da “Djlui” kimi məşhurlaşan Quteyis iki ildir ayrıldığı xalq artistinin oğluyla barışmaq istədiyini açıqlayıb:

“Ailəmi yenidən birləşdirmək istəyirəm, amma mümkün olmur. O insana görə Azərbaycana köçmüşəm. Məni heç kim başa düşə bilməz. Ona həm nifrət edirəm, həm də onu çox sevirəm. Kim istəyər ki, ailəsi dağılsın.

Altı yaşında qız övladım var. Qızıma görə bu həyatda hər şeyə razı olaram. Qız övladı böyütmək çox çətindir. Qızlar ataya çox bağlı olurlar. Onunla bir yerə gedəndə görürəm ki, pis olur, vicdan əzabı çəkirəm”.

Qeyd edək ki, Ağadadaş Ağayevin dörd oğlu, bir qızı var.


Müəllif: Rəqsanə Həsənova