Müğənni Rəqsanə İsmayılova həmkarı Günay İbrahimlinin keçmiş prodüseri Sevinc Hüseynova ilə işbirliyinə başlayıb.
Teleqraf.com xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə məlumat verib:
“Sevinc bizim komandaya gəldi, xeyirli olsun. Başqa-başqa sözlər yazmayın. Günayı çox istəyirəm, bu gün onun uğurlarına sevinirəm. Günayla heç bir problemim yoxdur, öz əziyyəti ilə uğur qazanmaq çətin və əziyyətlidir. Bir insan daim bir insanın yanında ola bilməz. Həyat da müvəqqətidir, əsas Allahım hamının ruzisini versin”.
Rüstəm