3 Fevral 2016 23:36
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın "Men’s Health" jurnalı 2015-ci il üzrə seksual qadınların siyahısını açıqlayıb.

Siyahı qadınların yalnız gözəlliyinə görə deyil, onların istedadlı, savadlı olmalarına görə tərtib edilib. Siyahıda tanınmış ulduzlar Ancelina Coli, Cenifer Lopes və Keyt Middlton kimi ulduzlar top 10-ğa düşməyiblər.

Siyahıda 1-ci yeri 21 yaşlı Şarlotta Makkinni tutub. Bu gənc kaliforniyalı model çəkildiyi "Həkimlər" serialındakı rolu ilə məşhurlaşıb. Hazırda model alt paltarlarının reklamında çəkilir. Bununla yanaşı, həm də dəb jurnalları ilə əməkdaşlıq edir.

Siyahıda 2-ci yerin sahibi "Victoria’s Secret"-in 26 yaşlı modeli Kendis Sveynpoldur. Keçən il ABŞ-ın "Maxim" kişi jurnalı ona "ən çox arzu olunan qadın" titulunu verib.

Siyahıda 3-cü yeri "Avatar"-ın ulduzu 37 yaşlı iki əkiz anası Zoya Saldana tutub. O seksual zorakılıqla mübarizəyə yönələn "Nəsə" ("One Thing") adlı sosial reklamın çəkilişlərində iştirak edib.

4-cü yerdə 26 yaşlı Erin Xiterton

5-ci yerdə Hollivud aktrisası Cessika Alba

6-cı yerdə gənc model Naya Rivera

7-ci yerdə müğənni Teylor Svift

8-ci yerdə brazilyalı supermodel Adriana Lima

9-cu yerdə amerikalı model Emili Ratakovski


Müəllif:

Oxşar xəbərlər