4 Fevral 2016 13:10
2 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xəyyam Nisanov onun adından həbsdə olan teleaparıcı İlham Mirzəyevin səhhəti ilə bağlı yayılan xəbərin yalan olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, X.Nisanov Facebook sosial şəbəkəsində onun adına saxta profil açıldığını və İlham Mirzəyevi şəxsən tanımadığını bildirib: “Mən İlham Mirzəyevi tanımıram, onu heç görməmişəm. Bu nə xəbərlərdir? Mənim adımdan belə xəbər yaymaq biabırçılıqdır”.

Qeyd edək ki, səhər saatlarında Xəyyam Nisanovun adına açılmış səhifədə İ.Mirzəyevin iflic olduğunu yazılmışdı.

İ.Mirzəyevin vəkili Telman Abdiyev isə trend.az-a açıqlamasında tanınmış aparıcı İlham Mirzəyevin səhhətində heç bir problem olmadığını qeyd edib. Vəkil bildirib ki, aparıcının guya həbsxanada iflic olması barədə yayılan şayiələr əsassızdır: “Bu şayiədir. İlham Mirzəyevin vəziyyəti tam normaldır və səhhətində heç bir problem yoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər