5 Fevral 2016 17:12
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 yaşlı müğənni Selena Qomez "W" jurnalının mart ayı üçün fotokamera qarşısına keçib və suallar cavablandırıb.

O, üç il sevgili olduğu həmkarı Castin Biber haqda da danışıb. Heyranlarının "Jelena" adını verdikləri cütlük 2014-cü ildə ayrılmışdı. Selena bu haqda bəzi etiraflar edərək çoxlarını təəccübləndirib. Gənc ifaçının dediyinə görə, onların münasibəti sadəcə dəb üçün imiş:

"Castin qəlbimi qırırdı, əvvəl vecimə almırdım. 18 yaşındaydım, sevgilim vardı, birlikdə çox gözəl görünürdük və bunu sevirdik... Ancaq daha sonra pis oldum. İnsanlar nə baş verdiyini anlamadılar, hər kəs nə istədi, dedi. Mənsə bir küncdə oturub başımı divarlara döyürdüm. Nə edəcəyimi bilmirdim".

Yaşadığı depressiyadan sonra toparlanan Qomez keçmiş haqda çox danışmaq istəmir:

"Artıq tükəndim. Bu mövzu məni əsəbi, xəstə edir. Bu iş tamamilə bitib, ciddi deyirəm. Castinin yaxşı olmasını istəyirəm, sağlamlığı yerində olsun. Amma mən bu münasibəti daha davam etdirə bilməzdim". (axşam.az)


Müəllif:

Oxşar xəbərlər