6 Fevral 2016 14:31
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa və model Hande Subaşının dörd il əvvəl nikah masasına oturduğu Can Tursandan boşanma xəbərləri təsdiqini tapıb.

2005-ci ildə "Miss Türkiyə" seçilən Handenin vəkili bu barədə açıqlama yayıb:

"Kədərlənərək qeyd etməliyik ki, müvəkkilim Hande Subaşı və fəyərli həyatyoldaşı Can Tursan ortaq aldıqları qərar nəticəsində evliliklərini sonlandırmaya qərar veriblər. Bundan sonrakı həyatlarında münasibətlərində hörmət və sevgi çərçivəsində dost kimi davam edəcəklər".

Bir neçə gün sonra tərəflər məhkəməyə çıxacaqlar. Qarşılıqlı razılaşma əsasında boşanan cütlüyün bir-birindən mal, mülk və təzminat tələbi olmayıb.

Qeyd edək ki, son zamanlar modellə iş adamının münasibətlərinin gərgin olduğu deyilirdir./axşam.az/


Müəllif:

Oxşar xəbərlər