6 Fevral 2016 15:21
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlhamə Qasımova şou-biznesdəki qalmaqaldan danışıb.

Sənətçi "Star life" verilişində söz-söhbətə toyların səbəb olduğunu deyib. O, yaltaq müğənnilərin çox olduğunu bildirib:

"Əgər mən toylara getsəydim, birnömrəli pul qazanan olsaydım, düşmənim çox olardı. Hər şeyin başında pul dayanır. Yeni biri çıxır, toya gedir. Köhnə müğənninin toy bazarı zəifləyir və beləcə, dava başlayır.

Özündən reytinqdə yuxarı, varlı olan müğənnilərdən çəkinmə var, çox qorxurlar. Üzlərinə gülür, elə mehriban olurlar ki... Kənara çıxan kimi ağızlarına gələni danışırlar. Toxunulmazlardan qorxmasınlar. Bəyənmirsinizsə, açıq deyin. Üzünü görəndə qorxur, yalvarırsınız. Ey müğənnilər, əgər tamaşaçılar, televiziyalar, jurnalistlər sizi dəstəkləməsə, onda qorxun. Gözəl haldır ki, səni telekanal, sayt özü dəvət edir. Onda özünü əsl qonaq kimi hiss edirsən. Məni arada istifadə etməyə çalışıblar. Ona yol verməmişəm. Qruplaşmadan xoşum gəlmir"./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər