26 Fevral 2016 12:03
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyeva ilə vida mərasiminə hazırlıq başlayıb.

Rəşid Behbudov adına Mahnı Teatrında olan mərasimə mərhumun yaxınları, sənət dostları gəlib. Vida mərasimi saat 12:00-da başlayacaq və 14:00-a kimi davam edəcək.

Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

***

13:30

Hazırda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi davam edir. Teleqraf.com xəbər verir ki, vida mərasimində xalq artisti Zeynəb Xanlarova, millət vəkilləri Elmira Axundova, Novruz Aslan, müğənnilər Zülfiyyə Xanbabayeva, Röya, Xatirə İslam, Elnur Məmmədov, Rəşad İlyasov, Əli Mirəliyev və başqaları iştirak edir.

Röya Ayxan İlhamə Quliyevanı hər zaman xoş duyğularla yad edəcəyini deyib: “O çox pozitiv bir insan idi. Bilirsiniz, biz bəzən efirdən özümüzü qorumaq adına fərqli çıxışlar edə bilirik. Çünki belə olmasa bizi tapdalayıb keçəcəklər. Amma bilmirsiniz ki, həyatda nə qədər zəifik. Bəlkə də həyatdakı zəifliyimizə görə kameranı görəndə hirsimizi açıq elan edirik. O, çox vətənpərvər biri idi. Mən istəyirəm ki, dövlətimi onun kimi sevəm. O, bizə bununla bağlı çox böyük örnək idi. Mənə hər zaman deyirdi ki, bütün karonaları sənə verəcəm. Allah rəhmət eləsin, bu çox böyük itkidir”.

Xatirə İslam: “Mən İlhamə xanımgildə olanda orda Elnur, Natavan və Lamiyə xanımdan başqa adam görmədim. Əslində, mən hər zaman gözləyirdim ki, onun ətrafında olan insanlar onun evində olmalı idi. İlhamə xanım mənim 17 illik səhnə fəaliyyətimə hər zaman dəstək olub. 17 il ərzində başqalarından fərqli olaraq heç vaxt xətrimə dəyməyib”.

İlhamə Quliyeva ilə vida mərasimi saat 14.00-dək davam edəcək. Vida mərasimindən sonra isə xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.


Müəllif:

Oxşar xəbərlər