7 Fevral 11:30
5 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə məzarları tədqiq edən arxeoloqlar Skandinaviyada indiyədək aşkar edilmiş ən qədim dolmenlərdən birini tapıblar. Amma elm adamlarının diqqəti başqa bir maraqlı fakta yönəlib: qəbirdə kəllə və bud sümüyü yox idi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Popular Mechanics” yazır.

“Mümkündür ki, bunları məzardan çıxarıblar. Bunun dəfn mərasimləri ilə bağlı olub-olmadığı, ya arxasında başqa bir səbəbin dayandığını bilmirik”, - arxeoloq Karl-Qoran Şöqren deyib.

Elm adamları hesab edirlər ki, İsveçdə erkən Neolit ​​dövrü və ya təxminən e.ə. 3500-cü illərə aid Tiarp dolmeni (Daş dövründən bəri) toxunulmaz olaraq qalsa da, burada kəllələrə rast gəlinməməsi diqqət çəkir. Qəbirdə çoxlu qol və ayaq sümükləri, qabırğa qalıqları və dişlər kimi daha kiçik üzvi elementlər var, amma iri sümüklərin sayı daha azdır. Höteborq və Kiel universitetlərindən olan tədqiqat qrupunun fikrincə, bunda ritual prosedurları rol oynamış ola bilər.

Sümüklərin tədqiqi zamanı körpələrdən tutmuş qocalara qədər onlarla insan qalıqları üzə çıxıb. Amma onların başlarının kəsilməsi nəticəsində öldüyü qənaətinə gəlmək üçün heç bir əsas yoxdur.

Tiarpda tapılan məzar unikaldır, bu, ərazidə tapılan digər məzarlardan 200 il daha qədimdir. Bu, onu Skandinaviyadakı ən qədim məzarlardan birinə çevirir.

Tiarp dolmenində dəfn edilən insanların əkinçi olması ehtimalı var, amma araşdırma qrupu daha çox məlumat əldə etmək istəyir. Skelet qalıqları haqda daha çox öyrənmək üçün mövcud DNT nümunələrinin öyrənilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu