12 İyul 01:19
3 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər “HD 189733 b” ekzoplanetinin atmosferində fal yumurta iyi verən hidrogen sulfidim olduğunu müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, alimlər James Webb Kosmik Teleskopundan əldə edilən məlumatlar əsasında bu nəticəyə gəliblər.

ABŞ-ın Cons Hopkins Universitetinin tədqiqatçıları 2005-ci ildə kəşf edilmiş Günəş sistemimizdən kənarda olan ekzoplanetin iyini müəyyən ediblər.

Məlumdur ki, tez alışan və çox zəhərli qaz olan hidrogen sulfidin iyi fal yumurtanın iyinə bənzəyir.

Astronomların “isti Yupiter” kateqoriyasına aid etdikləri nəhəng qaz planeti yerdən təxminən 65 işıq ili uzaqdadır.


Müəllif: Arzu

Oxşar xəbərlər