10 Avqust 2021 20:24
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə yaşayan ermənilərin sayı daha da azalıb. İki ay əvvəl bu ərazilərdə 24350 erməni var idisə, indi onların sayı 18934 nəfərə düşüb”.

Teleqraf.com xəbər verir ki, bu barədə journalist Elçin Alıoğlu məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın sülhməramlı kontingentinin rəhbərliyi və rəsmi İrəvan "müharibə başa çatandan sonra Qarabağa 53 min erməni qayıdıb" desələr də, bu, ağ yalandır:

“Statistika da var - ermənilərlə rusiyalı sülhməramlıların saxta rəqəmlərindən fərqli olaraq. Belə ki, iyulun 4-dən avqustun 7-dək Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa 14302 dəfə avtomobillə giriş qeydə alınıbsa, həmin zaman kəsiyində Qarabağdan Ermənistana çıxış 21134 olub.

Qarabağdakı ermənilər daşınmaz əmlaklarını dəyrə-dəyməzinə satışa çıxarıblar.

Ermənistanda ən populyar onlayn alqı-satqı servisi olan list.am-da Qarabağdakı evlər və obyektlər ilk baxışdan “real” qiymətə göstərilsə də, həmin evin və ya obyektin sahibinə elə ilk zəng zamanı qiymətdə minimum 25-30 faiz endirim olur. Sövdələşmə uzun çəkərsə, 40 min dollara satışa çıxarılmış mənzili 5 min dollara da almaq mümkündür”.

Elçin Alıoğlu qeyd edib ki, Qarabağlı ermənilər Ermənistana üz tutmaqla, orada məskunlaşmaq niyyətində deyillər:
“Onlar Ermənistandan sonradan Rusiyaya, Ukraynaya, Qazaxıstana və s. ölkələrə mühacirət üçün tramplin qismində istifadə etmək niyyətindədirlər. Qarabağlı ermənilər bu məqsədlərinə çatmaq üçün Ermənistanda sadəcə, müvəqqəti yerbəyer olmaq, sonra qaçqın statusu alan kimi İrəvanı tərk etməyi planlaşdırırlar. Bunu Ermənistan mediası da etiraf edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər