“Ermənistanın indiki hakimiyyətinin qərbpərəst olması ilə bağlı fikirlər nağıldır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.
“Nikol Paşinyan hökuməti Rusiyanın sadiq tərəfdaşıdır. Paşinyanın Qərbin adamı olması və Avropa dəyərlərini təbliğ etməsi ilə bağlı fikirlər reallığa uyğun gəlmir. Ermənistanın Rusiya ilə əməkdaşlıq etdiyi göz önündədir. Ermənistanla Qərb arasında yeganə iş dayanıb, bu hərbi təlimlər çox vacib idi. Bütün bunlardan sonra Nikol Paşinyanı “qərbpərəst lider” adlandırmaq sadəcə gülüncdür. Belə fikirlər ictimaiyyəti çaşdırmaq üçün təbliğat xarakteri daşıyır. Nikol Paşinyan Ermənistanda Rusiyanın maraqlarına xidmət prosesinə sadiqdir”, - politoloq bildirib.
Qukasyan jurnalistin “Ruslar Qarabağda niyə azərbaycanlılarla əməkdaşlığa başlayıblar” sualına belə cavab verib:
“Azərbaycan və Türkiyə Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyə ilə sabit münasibətlər Rusiya üçün çox önəmlidir”.
Politoloq bu kontekstdə Azərbaycanın tələblərini (haqlı) təmin etməyə çalışdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın adı ABŞ-ın hərbi təlimlərində iştirak edən ölkələrin siyahısından çıxarılıb. Halbuki Pentaqon iştirakçı ölkələr arasında Ermənistanın da adını çəkmişdi. Amma bir neçə saat sonra həmin siyahıdan adı çıxarılıb. Ermənistan Müdafiə Nazirliyi bunu “anlaşılmazlıq”la izah edib.