6 Mart 20:11
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 8 kəndin azad edilməsi ilə bağlı antiterror əməliyyatlarına başlaması ilə bağlı səslənən fikirlər Ermənistanda şok effekti yaradır. Sözsüz ki, burada erməni tərəfinin məqsədi vaxtı uzatmaqdır. İrəvan Fransa və Hindistandan aldığı və alacağı silahların hansısa dəyişikliklərə əsas olacağı iddiasındadır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

“Ermənistanın aldığı silahlar Azərbaycan üçün təhlükə deyil. Bu silahlar hərbi poliqonlarda sınaqdan belə keçməyib. Digər tərəfdən Azərbaycan lazım olduğu vaxtda antiterror əməliyyatlarını icra edəcək. Bakı bu ay İrəvandan konkret praktiki addım atmağı gözləyir. Mart ayı ərzində Ermənistan vaxtı uzatmadan bəzi məsələləri həll etməlidir” - deyə o qeyd edib.

Polkovnik hesab edirki, Azərbaycan (əlverişsiz şəraitdə Ermənistanın nəzarətində keçən əsgər Ruslan Pənahov) əsgəri təhvil verilməsə Ermənistan bunun qarşılığının ağır olacağını bilirdi:

“Eyni zamanda Azərbaycan 8 kəndlə bağlı uzun müddət gözləmək niyyətində deyil. Ermənistan isə vaxtı uzadaraq özü üçün əlverişli şəraitin yaranacağına ümid edir. Hazırda Yunanıstan, Hindistan, Fransa və Ermənistandan ibarət dördlük formatında hərbi əməkdaşlıq koalisiyası formalaşdırılır. İran və Rusiya da bu prosesdə yer alır. İrəvan bu formatda Azərbaycanın kəndlərini əlində saxlayacağını düşünür”.

Üzeyir Cəfərov bildirib ki, Ermənistan vaxt itirmədən kəndləri boşaltmalıdır:

“Əslində erməni tərəfi bu prosesdə bir qədər gecikir. Mart ayı onlar üçün son tarix olacaq. Prinsip etibarı ilə erməni tərəfi kəndləri boşaltmaq üçün əl-ayağa düşüb. Sadəcə olaraq bu proses ləng gedir. Onların bu kəndlərdən çıxmaqdan başqa yolu yoxdur. Əks halda olacaq proseslərə görə erməni tərəfi ağır şəkildə cəzalanacaq”.


Müəllif: Tapdıq Qurbanlı