24 Mart 12:03
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının 2023-cü il 19-20 sentyabr tarixində baş tutan antiterror tədbirlərindən sonra görəcəyi iş qalmayıb. Mina təmizləmə işində Azərbaycana kömək edəcəklərini demişdilər. Bunun üçün praktiki deyil, nəzəri hazırlığa cəlb olunublar. Faktiki olaraq isə onlar veriləcək qərarı gözləyir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, sülhməramlılar sonuncu dəfə Rusiyada keçirilən prezident seçkilərində səsvermə zamanı görünüb:

“Hazırda müəyyənləşdirildiyi kimi sülhməramlıların sayı 1960 nəfərdən azdır. Bir bölük səviyyəsində Azərbaycan ərazisində sülhməramlı kontigentin qaldığı bildirilir. İlkin olaraq əraziyə gəldiyi şəxsi heyət və hərbi texnikanın yarısından az hərbi kontingent qalıb”.

Polkovnik hesab edir ki, rus sülhməramlıları ərazidə qalmaq niyyətindədir:

“Bir çox hallarda onlar başqa elementlərdən istifadə edir. İddia edirlər ki, guya minaların yerini bilir. Azərbaycan tərəfinə hansısa köməklik edəcəklərini gündəmə gətirlər. Bundan öncə isə Azərbaycan Ordusu ilə birgə patrul xidməti aparacaqlarını, postlar qurduqlarını bildirmişdilər. Faktiki olaraq ruslar həmin postlara çıxmır”.

Üzeyir Cəfərova görə, Azərbaycan hüquq-mühafizə orqanları ərazidə lazım olan işləri aparır:

“Xankəndi və ətraflarda silah-sursatın müəyyən edilib tapılması, digər məsələləri Daxili İşlər Nazirliyi icra edir. Bunun sülhməramlılara aidiyyatı yoxdur. Sülhməramlıların komandanı Cənub Federal Hərbi Dairəsinə tabe olduğu üçün tez-tez Rostova gedib-gəlir. Bu da onların daxili tələbatları ilə bağlı olan işlərdir”.


Müəllif: Tapdıq Qurbanlı