Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.
***
16:18
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Teleqraf.com TASS-a istinadlıa xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
“Putin və Əliyev bu gün telefon danışığı zamanı “Azərbaycan Hava Yolları” təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələlərin müzakirəsini davam etdirib”, - Rusiya rəsmisi bildirib.
Xatırladaq ki, Azərbaycan və Rusiya dövlət başçıları arasında ötən gün də telefon danışığı olub.