14 Noyabr 11:12
213
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqlim maliyyəsi sahəsində innovativ həllər özəl sektorun iqlim investisiyalarını asanlaşdırmaq üçün lazımi alətləri təmin edəcək"

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib: "Transformativ iqlim fəaliyyəti üçün qlobal iqlim maliyyəsi çərçivəsi keçən il COP28-də təqdim edildi. Bu çərçivə iqlim maliyyələşdirməsinin effektivliyini artırmaq üçün planlar təqdim edir. Biz bütün ölkələrin qlobal miqyasda "yaşıl sərmayə" axınının dəstəklənməsində iştirakını təmin etməliyik. COP29 bu günə qədər əldə edilmiş nailiyyətləri qiymətləndirmək və bu istiqamətdə yeni üfüqləri araşdırmaq üçün mühüm fürsət təqdim edir".

Taleh Kazımov qeyd edib ki, iqlim dəyişikliyi təkcə ekoloji problem deyil, həm də təcili və kollektiv tədbirlər tələb edən olduqca mürəkkəb böhrandır: "Təəssüf ki, dünya hələ də Paris sazişində nəzərdə tutulan keçid yoluna qədəm qoymayıb. İqlim Maliyyəsi üzrə Yüksək Səviyyəli Ekspert Qrupu hesab edir ki, inkişaf etməkdə olan ölkələrin emissiyaları 42 % azaltmaları üçün illik 2,4 trilyon ABŞ dolları maliyyəyə ehtiyacları var".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər