ADA Universitetində beynəlxalq dəyirmi masa işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, "İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda müzakirələr aparılacaq.
Xatırladaq ki, Bakıda "Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilir. Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edir. İştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da proqrama daxil edilib.
Konfrans dekabrın 8-dək davam edəcək.