Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs qətimkan tədbirini seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azər Qasımlının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
14:09
***
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində həbs qətimkan tədbirini seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Teleqraf.com xəbər verir ki, təqdimat baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu saatlarda tədqimata baxılacaq.
Artıq Azər Qasımlı məhkəməyə gətirilib.
Qeyd edək ki, Azər Qasımlı dekabrın 8-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə ittiham verilib.