6 Yanvar 12:57
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində metapnevmovirus adlı yeni yoluxucu virus yayılıb. Çindən sonra Qazaxıstanda da yoluxmalar qeydə alınıb. Məlumata görə, həmin virus əsasən 14 yaşa qədər insanlara təsir edir. Azərbaycanda uşaqlar arasında yayılan virus metapnevmovirusdurmu?

Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova Teleqraf.com-a bildirib ki, hər il olduğu kimi, bu il də uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması müşahidə olunur. Bu, tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır.

Onun sözlərinə görə, əsas simptomlar 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəkdir: “Virus infeksiyaları hava-damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə olunmalı, gigiyenik qaydalara riayət edilməli, insanların kütləvi toplandığı yerlərdən uşaqlar uzaq tutulmalıdır. Evdə xəstə uşaq varsa, digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar, eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər