Gəncədə uşaqlar arasında bir neçə virusa yoluxma halları müşahidə olunur.
Bu barədə Teleqraf.com-un yerli bürosuna Gəncə Birləşmiş Uşaq Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, daha çox 0-5 yaşarası uşaqlarda "Rota", "İnfluenza -A", "Adenovirus" və "Rino" viruslarına rast gəlinir.
Məlumata görə, gün ərzində bu viruslara yoluxan 300-350 nəfərin sözügedən xəstəxanaya müraciəti qeydə alınır.