Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nı təsdiq edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, qaydalar “Qrant haqqında” qanuna əsasən hazırlanıb və mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.
Reyestr “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Qrant haqqında”, “Fərdi məlumatlar haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 17 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”, 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, Prezidentin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.