8 Yanvar 10:20
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrika qitəsində saxlanılan gəmilər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə (ASCO) aid deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə QSC-nin mətbuat katibi Mehman Mehdiyev açıqlama verib.

Onun sözlərinə görə, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır.

Xatırladaq ki, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika - Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər