8 Yanvar 09:54
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.

Teleqraf.com AZAL-a istinadən xəbər verir ki, bu qərar Kazan üzərində “Kovyor” planı səbəbindən hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.

"Uçuşların təhlükəsizliyi AZAL üçün prioritetdir və aviaşirkət beynəlxalq standartlara ciddi şəkildə riayət edir. Ləğv edilmiş reysin sərnişinləri əlavə məlumat üçün aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq", - deyə aviaşirkət bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər