Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Eritreya sahillərində saxlanılması ilə bağlı Eritreya dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna rəsmi məktub göndərilib. Həmçinin bu olayla bağlı BMT-yə, Eritreyanın BMT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
Teleqraf.com xəbər verir ki, bu baraədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova açıqlama verib.
Onun sözlərinə görə, ötən il noyabrın 7-də "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə Agentliyə məlumat daxil olub. Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib.