7 İyul 2014 13:20
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçen qanuni oğru Hüseyn Axmetov 48 yaşını qeyd etməyə hazırlaşarkən bütün planları pozulub.

Bir müddətdir Tailandda yaşayan çeçen qanuni oğru evdən çıxanda naməlum şəxslər onu arxadan dəmir parçası ilə vurublar. Axmetov huşunu itirdikdən sonra möhkəm döyülüb.

Əslində, qanuni oğru düşməninin kim olduğunu yaxşı bilir. Bir müddət əvvəl “Kostıl” ləqəbli qanuni oğru dostu barədə “sxodka”da qərar çıxarılanda Axmetov neytrallığını saxlamış, dostunu müdafiə etməmişdi. İndi isə keçmiş dost, çox güman ki, onu döydürməklə xəyanətin cəzasız qalmadığını göstərmək istəyib.

/publika.az/


Müəllif: