Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Z.Bunyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əsəd Qədirov idarə etdiyi “VAZ-21183” markalı avtomobillə Zərdab rayon sakini 1979-cu il təvəllüdlü İkram Osmanovu və 1986-cı il təvəllüdlü Sahil Qurbanovu vurub.
Nəticədə, İ.Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb. S.Qurbanov isə 3 saylı xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov