Bu gün Binəqədi rayonunda iki azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatdan sonra müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Teleqraf.com-un xəbərinə görə, xilasedicilər beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvanın dəmir barmaqlıqlarını kəsərək daxil olublar.
Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.
Naibə