Əməkdar artist Tünzalə Ağayeva Ramazan ayında da gərgin iş rejimində çalışacaq.
Bunu Teleqraf.com-a açıqlamasında T.Ağayeva özü deyib. Bu ayda oruc tutduğunu deyən müğənni avqust ayında yeni mahnısını təqdim edəcəyini bildirib:
“Mənim studiyam daim qaynayır. Mahnıların içində üzürəm. “Qovuş ona”dan sonra çox templi və hit mahnı gəlir. Adı “Gözləyirəm”dir, sözləri Qənirə Paşayevaya aiddir. Mahnı hazırdır, amma avqust ayında təqdim edəcəyik. O biri yeni mahnının sözlərini Sura yazıb. Çox gənc, istedadlı Suranın sözlərini çox bəyəndim. “Tanımadığım doğmammısan?” adlanan mahnının çox gözəl sözləri var”.
Pərvin