Türkiyə parlamentinin deputatı, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu sosial media hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, hesabında Prezident İlham Əliyevlə görüşündən fotoları da yayımlayıb.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməkdən çox şad oldum. Kədərimizin də, sevincimizin də eyni olduğu Azərbaycanla qardaşlığımız əbədi olsun. Bir millət, iki dövlət...”, - Çavuşoğlu belə qeyd edib.