4 Dekabr 16:02
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının Baş katibi Alen Berset Gürcüstanın baş naziri İrakli Kobaxidze və prezidenti Salome Zurabişvili ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, baş katib danışıqlar zamanı Gürcüstanda baş verənlərlə bağlı narahatlığını ifadə edib.

A.Berset bütün tərəfləri eskalasiyadan çəkinməyə çağırıb. O, həmçinin nümayişlər zamanı hüquq-mühafizə orqanlarının həddən artıq güc tətbiq etmələri ilə bağlı yayılmış məlumatların araşdırılmasının vacibliyini vurğulayıb.

Avropa Şurasının Gürcüstan nümayəndəliyindən bildirilib ki, baş katibin tezliklə Tiflisə səfəri gözlənilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər