Danışıqlar müharibənin tam başa çatmasına gətirib çıxara bilməz, ancaq müəyyən müddətdə onun intensivliyini azaldacaq. Ukrayna bundan Rusiyanın növbəti genişmiqyaslı işğalına hazırlaşmaq üçün istifadə etməlidir.
Teleqraf.com xəbər verir ki,Ukrayna ordusunun artilleriya kəşfiyyatı diviziyasının komandiri, kapitan Vitali Litvin deyib.
Kapitanın fikrincə, Rusiya ilə Ukrayna arasındakı mümkün atəşkəs razılaşması münaqişəni müəyyən müddət üçün donduracaq, onu birdəfəlik həll etməyəcək.
“Ədalətli sülh Ukraynanın bütün ərazilərinin və ərazi bütövlüyünün qaytarılması deməkdir. Düşmən buna getməyə bilər. Düşmən yalnız gücü başa düşür. Rusiya heç yerə getmir. Bir-iki, beş-on ildən sonra da belə olacaq. Başqa sözlə, danışıqlar müharibənin tam başa çatmasına gətirib çıxara bilməz, ancaq müəyyən müddət üçün intensivliyi azalda bilər”, - Litvin vurğulayıb.