7 Yanvar 12:28
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Tibet Muxtar Rayonunda baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 95-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 130 nəfər yaralanıb.

Zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Regiona 22 min ədəd zəruri ləvazimat və 1500-dən çox xilasedici göndərilib.

Hazırda hadisə bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Çinin cənub-qərbində baş vermiş 7.1 bal gücündəki zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Nepal və Hindistanda da hiss olunub.

***

09:20

Çinin Tibet Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Teleqraf.com xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 62 nəfər xəsarət alıb. Təbii fəlakətdən sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib. Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. Çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr zəlzələ bölgəsinə göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir.

Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır.

***

08:00

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara və insan tələfatına səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Bir neçə yaşayış məntəqəsində dağıntı qeydə alınıb, Çanqsuo kəndində evlərə ziyan dəyib. Son məlumatlara görə 36 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər