ABŞ-nin yeni prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp yanvarın 7-də Qrenlandiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Mininqxuaka adasının xarici əlaqələr departamentinin rəis müavini Kleist məlumat verib.
Rəsmi şəxsin sözlərinə görə, kiçik Tramp şəxsi səfəri zamanı Qrenlandiya hökumətinin üzvləri ilə görüşlər keçirməyi planlaşdırır.
Öz növbəsində Qrenlandiyanın ictimai televiziya və radio kanalı KNR mənbəyə istinadən xəbər verir ki, Donald Trampın oğlunu dəvət etmiş hakim sosial-demokrat partiyası Siumutun rəhbəri Erik Censenlə görüşəcək.
KNR-nin məlumatına görə, Trampın oğlunun səfəri çox gözlənilməz olub. Bu, Qrenlandiyanın Danimarka ilə münasibətlərinin gələcəyi ilə bağlı gərgin siyasi müzakirələrin aparıldığı bir vaxta təsadüf edir. Müzakirələr Qrenlandiya hökumətinin başçısı Mute Egedenin Yeni il çıxışında adanın Kopenhagendən müstəqillik əldə etmək üçün səy göstərməli olduğunu deməsindən sonra başlayıb.