6 Yanvar 14:04
234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani BƏƏ-də səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “SANA” xəbər agentliyi məlumat yayıb.

Əş-Şibaninin rəhbərlik etdiyi heyətə Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin rəhbəri Ənəs Həsən Xəttab da daxildir.

Keçid hökumətini təmsil edən heyət Suriya və BƏƏ arasında əməkdaşlıq və koordinasiya perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra yeni hakimiyyət nümayəndələrinin xaricə 3-cü səfəridir.

BƏƏ-dən əvvəl, Səudiyyə Ərəbistanı və Qətərdə olan nümayəndə heyəti yaxın günlərdə İordaniyaya səfər etməyi planlaşdırır.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər