7 Yanvar 11:20
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Nagel Komitəsi Türkiyə ilə potensial müharibə barədə hökumətə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Jarusalem Post” nəşrində yazı dərc olunub.

Komitə tərəfindən hazırlanan hesabatda bildirilib ki, hadisələrin gedişatına əsasən, İsrail Türkiyə ilə birbaşa qarşıdurmaya hazır olmalıdır.

Yazıda, həmçinin Suriya fraksiyalarının Türkiyə ilə birləşərək İsrailin təhlükəsizliyi üçün yeni və güclü təhdid yaratmaq riski vurğulanıb.

Bunun regional qeyri-sabitliyi gücləndirəcəyi bildirilib.

Sözügedən hesabat ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və maliyyə naziri Bezalel Smotriçə təqdim edilib.

Məsələyə münasibət bildirən Netanyahu, arenaya yeni güclərin daxil olduğuna diqqət çəkib.

"Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir ki, bizim üçün ən böyük təhdiddir, lakin arenaya yeni güclər daxil olur və gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini təmin etmək üçün yol xəritəsidir", - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, professor Ceykob Naqelin sədrlik etdiyi komitə Baş nazir Benyamin Netanyahu tərəfindən “növbəti onillikdə qüvvə formalaşdırılması ehtiyacları və təhlükəsizlik büdcəsi ilə bağlı tövsiyələr vermək” üçün yaradılıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər