Yanvarın 6-da Rusiyanın Kursk vilayətində hücuma keçən Ukrayna ordusu taktiki uğurlar əldə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
İnstitutun geolokasiya görüntüləri Ukrayna qüvvələrinin Berdinin cənubunda, Russki Poriçnı və Novosotnitskinin mərkəzi hissələrində irəlilədiyini göstərir.
ABŞ analitiklərinə görə, Kurskdakı son həmlələr Ukraynanın burada və ya əməliyyat teatrının digər istiqamətlərində razılaşdırılmış əməliyyatının ilkin mərhələsi ola bilər.
Həmçinin təhlildə qeyd edilir ki, Rusiya Ukraynanın Suca şəhəri daxilindəki bu hücumlarından Kurskun digər istiqamətlərinə həmlələr üçün istifadə etməyə çalışıb. Rusiya qüvvələri Malaya Loknidən (Sucanın şimal-qərbi) qərbə doğru irəliləyib.
Rusiya Müdafiə Nazirliyi “Xəzər dənizi piyadaları”nın pilotsuz təyyarə bölmələrinin Kurskda fəaliyyət göstərdiyini bildirib. ABŞ institutuna görə, burada 177-ci dəniz piyada alayının (Xəzər Donanması) PUA bölmələri nəzərdə tutulur.
ABŞ institutu bildirir ki, bu, 177-ci dəniz piyada alayının hissələrinin Zaporojye vilayətinin qərbindən Kurska köçürülməsi ehtimalını göstərir.