2300-ü Fransada təlim keçən 4500 hərbçidən ibarət Ukrayna briqadası ilə bağlı problemlər üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Fransa Müdafiə Nazirliyinə istinadla yerli media onlarla əsgərin cəbhəyə getmədən qaçdığını təsdiqləyib.
Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, Fransada təlim keçsələr də, bu əsgərlər Ukrayna ordusunun tabeliyində olublar və Fransada fərarilik hallarına görə cəza nəzərdə tutulmur.
Rəsmi bildirib ki, onlarla fərari ölkədə təlim keçən Ukrayna hərbçilərinin sayı ilə müqayisədə kifayət qədər azdır.
Ukrayna Quru Qoşunlarının komandanı Mixail Drapatı bəzilərinin Fransada təlim keçmiş əsgərlərdən ibarət Ukrayna briqadasında problemlərin olduğunu və bunların həll olunduğunu açıqlayıb. Drapatı da Fransada fərarilik edən əsgərlərin sayının çox az olduğunu deyib.
Ukraynada 50-si Fransada təlim keçən 1700 əsgərin fərarilik etməsi xəbəri mətbuatda öz əksini tapmışdı.
Rusiya ilə müharibədə olan Ukraynaya dəstək verən Qərb dövlətləri savaş başlayandan bəri ukraynalı əsgərlərə təlim keçirlər. Bu təlimlər çərçivəsində 100 mindən çox Ukrayna hərbçisi 30-dan çox ölkədə hazırlıq görüb.