Melaniya Tramp əri, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın dünyanın ən varlı adamı İlon Maskla yaxın dostluğundan məmnundur.
Teleqraf.com xəbər verir ki, bu barədə “People” yazır.
Tramp ailəsinə yaxın bir çox mənbəyə görə, Melaniya milyarderin Mar-a-Laqodakı malikanələrində daimi qalmasından narahat deyil.
Mənbənin sözlərinə görə, Melaniya Maskın Donald ilə münasibətinə yalnız müsbət baxır.
“Melani xoşbəxtdir ki, Donaldın belə bir yaxın dostu var, burada qalsa, onlara qoşulmaq üçün layihə tapacaq.
Melaniyanın öz həyatı var və ərinin başqaları ilə siyasi münasibətləri onu narahat eləmir”, - mənbə deyib.
İndiyə qədər ABŞ-nin gələcək birinci xanımının Maskla heç bir problemi olmayıb.