7 Yanvar 16:56
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədin devrilməsindən sonra İran qoşunlarının əhəmiyyətli hissəsi Suriyanı tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumatda bildrilir ki, minlərlə İran hərbçisi hərbi texnikanı qoyaraq, Suriyadan qaçıb. Ölkədə qalan hərbi texnikanın bir hissəsini yeni hökumət götürüb, bir hissə isə İsrail silahlı qüvvələri tərəfindən məhv edilib.

Əlavə olaraq qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri İraqın sərhədyanı Əl-Qaim şəhərinə sığınıb və onlardan bəziləri Tehrana uçub.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər