Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Suca şəhərinin şimal-qərbinə doğru irəliləyib və ələ keçirilmiş yeni ərazilərdə möhkəmlənir.
Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Sergey Zqurets məlumat verib.
“Düşmən əks-hücuma keçən Ukrayna bölmələrinə təzyiqi artırmağa çalışacaq. Ona görə də bu sahə ən çətin və vacib sahələrdən biri olaraq qalacaq”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə Ukrayna zirehli transportyorları döyüş xəttində olan rus piyada qoşunlarını effektiv şəkildə məhv edir.
“Yanvarın 6-da Kursk vilayətində əks-hücum nəticəsində rus qoşunları xeyli itki verib, ümumilikdə 38 min nəfər həlak olub və yaralanıb. Cəbhənin bu hissəsindəki qrupun ümumi sayı isə 90 min nəfərə çatır”, - Zqurets bildirib.