7 Yanvar 11:52
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiya ilə müharibədə verdiyi itkilər Kiyev üçün sürətli, amma əlverişsiz sülhün bağlanması üçün səbəb olmamalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

ABŞ nəşri Ukraynanın davam edən müharibədə daha bir il tab gətirəcəyinə şübhə ilə yanaşır:

“Ukrayna çətin ki, bu dağıdıcı müharibədən daha bir il də salamat çıxa bilsin. Amma danışıqlar yolu ilə həll tapmağa tələsmək dağıdılmış evləri, məktəbləri və zavodlarını, itirdikləri dostları və ailə üzvlərini görən ukraynalıları qəzəbləndirəcək. Qəzəblərinin əsas ünvanı onlara xəyanət edən qərbli himayədarları olacaq”.

Nəşr əlavə edir ki, Ukrayna ərazisi, hərbi personalı və zamanını itirir, qarşıdakı bir neçə həftə bu ölkənin müharibənin başlandığı andakı sərhədləri daxilində və ya buna yaxın bir çərçivədə suveren dövlət kimi mövcudluğunu davam etdirə bilib-bilməyəcəyini müəyyən edəcək. Belə vəziyyətdə, “Vaşinqton Post”un fikrincə, ABŞ Ukraynanı Rusiya kimi düşmənlə təkbaşına buraxa bilməz.

“Ukrayna döyüşü davam etdirmək üçün dözə biləcəyindən çox əsgər itirir. 400 min insanın həyatını itirdiyi və ya yaralandığına dair rəsmi təxminlərin çox aşağı qiymətləndirildiyi hesab edilir. Minlərlə yorğun Ukrayna əsgəri cəbhə xəttini tərk edir”, - materialda belə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər