Avropa tezliklə Rusiya ilə razılaşma əldə etmək üçün güclü təzyiqlə üzləşə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
Onun sözlərinə görə, Moskvanın dirçəlməsinə imkan verəcək anlaşma ilə razılaşmamaq vacibdir.
Sikorski qeyd edib ki, Avropa Moskvanın düşündüyündən qat-qat güclüdür, Rusiya isə bir çox avropalıların düşündüyündən çox zəifdir:
“Ukrayna sülhə layiqdir, ona sülh lazımdır. Ancaq bu, təslim olmaq deyil, ədalətli şərtlərlə sülh olmalıdır. Biz dəstəyimizlə bağlı sərt vaxt məhdudiyyəti qoymamalıyıq. Bu, Rusiyanı mübarizəni davam etdirməyə təşviq edərdi. Əvəzində biz Kiyevin gələcək danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etməliyik”.