7 Yanvar 09:05
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rəsmi Bakı üçün əsas hədəf nədən ibarətdir? Ermənistanla sülh sazişi imzalamadan da prosesləri irəliyə aparmağın mümkünlüyü önə çəkilir. Rusiya-Yaponiya nümunəsi ortaya qoyulur...

- Əslində, sülh sazişi ondan ötrü tələb olunur ki, Azərbaycan savaş durumundan tamamilə çıxmayıb. Reallıq ondan ibarətdir ki, qonşu Gürcüstanla belə bir sənəd imzalanmır. Belə bir zərurət mövcud deyil. İran və Rusiya ilə də eyni yanaşma var. Sülh sazişi o zaman meydana gəlir ki, aparılan bir savaşın yekunu olur. Əks halda, bu hüquqi cəhətdən legitimləşmədən sona çatmış olur. Qeyd olunan müqavilə həm də müharibənin bir hissəsi, davamıdır, onun yekununun göstəricisidir. Bu, həmçinin savaşın hüquqi qiymətləndirilməsi, diplomatik qüvvə alması, beynəlxalq məkana qəbul etdirilməsidir və s. Ona görə də Azərbaycana sülh müqaviləsi lazım deyil, belə də Ermənistanla diplomatik münasibətlər quraq, sabah da sərhədlərin xəttini çəkib onu markalayaraq, orada xüsusi dirəklər vuraq və bununla da hamı artıq öz ərazisini tanısın. Sözsüz ki, məsələ belə bitməyəcək.

- Prosesin bu həddə saxlanılması gələcək üçün hansı təhlükələr yarada bilər?

- Bu günlərdə Ermənistanın Kirants adlandırdığı Qazax rayonun işğalda olan kəndlərində birində erməni tərəfinin ayrı-ayrı vətəndaşlara əmlak qurumu tərəfindən verilən reyestr çıxarışları haqqında məlumatlar yayıldı. Bu məsələnin məğzi və mənası ondan ibarətdir ki, həqiqətən də onlar qeyd olunan əraziləri Azərbaycanın sovet dövründə ərazi subyekti kimi, inzibati vahid olaraq təsdiq olunduğunu bilirdilər. Ancaq onunla bərabər müəyyən qurumlar bu əraziləri özlərinin informasiya sistemlərinə daxil ediblər. Kimsə səhərisi gün vətəndaş olaraq müraciət etdikdə, həmin ərazinin “A” nöqtəsində deyil, haqlı olaraq Azərbaycana qaytarılmış ərazilərdə olduğunu yəqin edəcək. Hətta delimitasiya getmiş ərazilərdə belə Ermənistanın daxili həyatında bu proses tam hüquqi cəhətdən bütün strukturların informativ elektron sistemlərində yerləşməyib. Onlar hələ də “köhnə beyinlə” işləyirlər. Bu hələ bir kəndin hansısa hissəsinə aid olan faktdır. Sözsüz ki, bu torpaqların bir qarışından belə keçilə bilməz.

- Ermənistanı sülhdən qaçıran əsas elementlər nədən ibarətdir?

- Sülh müqaviləsi daha çox Ermənistan üçün lazımdır. Bu onların, Paşinyanın da dediyi kimi, “uzun əsrlər boyu müxtəlif imperiyaların planlarına yem olmuşuq, bizi “böyük Ermənistan” ideyaları ilə təchiz ediblər. Əvəzində isə, biz heç kiçik Ermənistanı da əldə etməmişik. Ona görə də real Ermənistan strategiyasını irəli sürüblər. Bu, əslində, doğru yanaşma deyil. Buna görə də Paşinyanı millətçi, faşist dairələri və erməni məsələsindən yalnız biznes məqsədi ilə yararlanan qüvvələr, üçüncü nəsil lobbisi ermənilər, o cümlədən onların diaspora sisteminə bağlı möhtəkir, qlobal güc sistemləri bundan maksimum dərəcədə faydalanıblar”. Amma tarix boyu bu onların həm də fiziki baxımdan insan itkilərinə səbəb olub. Bu inkaredilməz olsa da, qətiyyən “soyqırımı” mənasında deyil. Baş vermis köçlər, köç dalğalarının yaşanması özlərinin ideoloqlarının və rəhbərlərinin cinayətkar səhvləri hesabına Osmanlı imperiyasına, sonradan Rusiya və İran imperiyasına xəyanət etdikləri üçün bir regionda yaşamaq imkanlarını itiriblər.

- Paşinyanın real Ermənistan adlandırdığı ərazilər hansı reallığı əks etdirir?

- İndiki halda Ermənistanın baş naziri Azərbaycandan, türk dünyasından 29 min kv km-lik bir dövlətin reyestrini qazanmaq istəyir. O indi böyük yox, real, mövcud olan Azərbaycan və Türkiyənin tanıyacağı Ermənistan lazımdır, deyir. Daxili auditoriyaya bildirir ki, “siz indi xəstə təfəkkürünüzü gerçəkliyə daşıyın. Özünüz Amerikada oturmusunuz,...axı bütün dünya Ermənistan deyil. Sən “Armenian kingdom”, dünya çapında “Ermənistan krallığı” kimi bir vəziyyəti bəyan edib daha hansı əraziləri özünə qata bilərsən? Bu əslində heç mövcud da deyil.

- Sərhəd xəttlərinin dəqiqləşməsinə qarşı Ermənistan daxilində başlayan bir etiraz vardı. Bu dalğanın prosesə təsiri olacaqmı?

- Sülh müqaviləsi Ermənistan üçün də çox önəmlidir. Amma delimitasiya və demarkasiya prosesi heç də sülh müqaviləsindən öndə getməyəcək. Ayrı-ayrı lokal hissələrdə bu Azərbaycan dövlətinin, Ali Baş Komandanın strateji qələbəsi oldu. Beləliklə, Qarabağdan 300 km uzaqda artıq başqa bir tarixi dönəmlərdə itirilmiş ərazilərimiz geri qaytarıldı. Bu, ayrı president və nümunədir. Dərhal Azərbaycan mediası və cəmiyyəti Nüvədi kəndini, başqa əraziləri haqlı olaraq gündəmə gətirdi. Sözsüz ki, bu proses gedəcəkdi. Elə bunun ardınca Ermənistanda olan həmin qüvvələr də dərhal meydana atıldılar ki, Paşinyanın güzəştli və yaxud təslimçiliyinin qarşısını alsınlar. Həqiqətən də onlar müəyyən dövr prosesi iflic etdilər. İndi isə bir qədər o dalğa sönüb. Aksiyalar da sona çatıb. Artıq Ermənistanın baş naziri də bəyan etdi ki, delimitasiya üzrə danışıqlar bərpa olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər