6 Yanvar 15:25
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son həftə ərzində Gürcüstanda metapnevmovirusa iki yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, professor İvane Çxaidze mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda metapnevmovirusa yoluxma faktları davamlı olaraq aşkarlanır.

“Hesab edə bilərsiniz ki, ölkəmizdə hər bir körpə bu virusu keçirib. Buna müvafiq olaraq, uşaqlar arasında immunitet var”, - İ.Çxaidze deyib.

Professor qeyd edib ki, koronavirus və metapnevmovirus arasında heç bir müqayisə aparıla bilməz, belə ki, COVID-19-a qarşı heç kəsdə immunitet yox idi.

“Metapnevmovirus kökündən fərqlidir. Xüsusilə uşaqlar arasında çox sayda araşdırmalar aparılıb. Ən böyük araşdırmanın nəticəsinə əsasən, 5 yaşadək uşaqlar arasında bu virusdan sağalma göstəricisi 99 faizdən çoxdur”, - o söyləyib.

Xatırladaq ki, metapnevmovirusa yoluxmalar yanvar ayının əvvəlində Çində qeydə alınıb. Bu virus əsasən bronxiolit, pnevmoniya daxil olmaqla kəskin respirator infeksiyalar yaradır, xüsusən azyaşlılar, yaşlılar və zəif immun sisteminə malik şəxslər üçün təhlükəli ola bilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər