Niderlandın Suriya üzrə xüsusi nümayəndəsi Geis Gerlag Dəməşqə səfər edib.
Teleqraf.com xəbər verir ki, bu “NL Times” nəşri məlumat yayıb.
Bildirilib ki, nümayəndə səfər çərçivəsində “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının üzvləri ilə görüş keçirib.
Qəzetin məlumatına görə, Dəməşqdə Niderland səfirliyinin açılması məsələsi hələlik müzakirə mövzusu deyil.
Hökumət HTŞ və digər qrupların gələcəkdə Suriyanın idarəçiliyini necə təşkil edəcəyini gözləmək niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan Noel Barro Suriyada səfərdə olublar.