01:11
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3 % səviyyəsində olacağını proqnozlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub.

Hesabata əsasən, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir.

“Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Gözlənilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ÜDM artımını dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.

BMT 2026-cı il üçün də Azərbaycanın ÜDM artımını 3 % səviyyəsində proqnozlaşdırır.

BMT-nin qiymətləndirmələrinə görə, 2024-cü ilin yekunlarına əsasən Azərbaycanın ÜDM-i 2023-cü ildəki 1,1 % artımdan sonra 4,6 % artıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3,5 %, 2026-cı il üçün isə 2,8 % səviyyəsində proqnozlaşdırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər