Azərbaycan şəkər ixracını kəskin artırıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il 50 min 813 ton şəkər ixrac edilib.
Bu, 2023-cü illə müqayisədə 19 min ton çoxdur.
2024-cü ildə ümumi ixracın 0.14 faizi, qeyri-neft sektoru üzrə ixracın isə 1.15 faizi şəkərin payına düşüb.