12:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycanın ixrac coğrafiyasının genişlənməsinə xidmət edən “Azexport” portalının Türkiyə, Rusiya və Özbəkistanın “Trendyol”, “Ozon”, “Uzum” platformalarına inteqrasiyası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“2024-cü ildə“Azexport” ixracatçılara 61 ədəd Sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim edib.

“Bu sertifikatlar ixracatçıların məhsullarını xarici bazarlarda sərbəst şəkildə satmalarına şərait yaradıb və onların beynəlxalq bazarlara çıxışını asanlaşdırıb. “Azexport” portalı, həmçinin yerli istehsalçıların xarici müştərilərlə birbaşa əlaqə qurmasına imkan yaradan əsas vasitələrdən biri kimi, 2024-cü ildə Azərbaycanın qeyri-neft ixracının artımında mühüm rol oynayıb”, – deyə mərkəz rəhbəri bildirib.

V.Qasımlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə bağlı da məlumat verib. O bildirib ki, 2024-cü ildə hüquqi və fiziki şəxslərdən 1 747 müraciət daxil olub. Ümumilikdə 3 982 ədəd sertifikat verilib.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2017-ci ildə Azərbaycan Prezidentinin Fərmanı əsasında yaradılıb. Mərkəzdə 7 dövlət qurumu xidmət göstərir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər