"Beşiktaş" komandası UEFA Avropa Liqasında VII tur matçına çıxıb.
Teleqraf.com-un məlumatına görə, Liqa mərhələsində növbəti rəqib İspaniyanın "Atletik" klubu olub. İstanbuldakı "Tüpraş" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
"Beşiktaş"ın qollarından ikisini 17-ci və 60-cı dəqiqələrdə Milot Raşitsa, digərlərini 77-ci dəqiqədə Rafa Silva və 90+2-ci dəqiqədə penaltidən Joao Mario vurub. "Atletiko"dan 45-ci dəqiqədə Unay Qomes fərqlənib.
Ule Qunnar Sulşerin rəhbərliyi altında ilk matçından qalib ayrılan "ağ-qaralar" xallarını 9-a çatdırıb və 18-ci pilləyə yüksələrək, pley-off şanslarını son tura daşıyıb. İlk məğlubiyyətlə üzləşən Bilbao klubu isə 16 xalla 2-cidir.
Xatırladaq ki, son turda "Beşiktaş" Niderlandda "Tvente" ilə üz-üzə gələcək. "Atletik" isə Çexiya "Viktoriya"sını qəbul edəcək. Hər iki oyun yanvarın 30-da olacaq.