Finlandiya prezidenti Aleksandr Stubb Rusiya ilə bağlı sərhəddə yerləşən Nuijamaa keçid məntəqəsinə baş çəkəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident aparatının saytında məlumat yerləşdirilib.
“Səfər Nuijamaa keçid məntəqəsindən başlayacaq və burada prezident sərhəd xidmətinin fəaliyyəti ilə tanış olacaq. Onu daxili işlər naziri Mari Rantanen müşayiət edəcək”, - məlumatda deyilir.